AFN.AZ / "Barselona"dan sürpriz transfer həmləsi

"Barselona"dan sürpriz transfer həmləsi

"Tottenhem"in futbolçusu Dele Alli Avropa nəhənglərinin diqqət mərkəzindədi.Artıq "Barselona" da 20 yaşlı ingilis ulduzu heyətinə qatmaq üçün hərəkətə keçib.

Premyer Liqaya transfer olunduqdan sona hər kəsin diqqətini üzərinə çəkən yarımmüdafiəçi üçün kataloniyalılar "Real", "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", PSJ kimi klublarla mübarizə aparır. İddialara görə, bu günə qədər Allinin ən real müştərisi "Real" hesab olunurdu. "Barselona"nın bu mübarizəyə qoşulması "Kral Klubu"nun işini çətinə salıb.

"Daily Mirror"un xəbərinə görə, "Tottenhem" bu futbolçu üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, "Tottenhem" Dele Allini 2015-ci ildə "Milton Keynes Dons"dan 6,63 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub. Gənc futbolçu "Tottenhem"də keçirdiyi 71 rəsmi oyunda 21 qol vurub. O, qollardan 20-sinə 50 Premyer Liqa oyununda imza atıb.(fanat.az)
8-01-2017, 15:18
Geri qayıt