AFN.AZ / Əsrin transfer bombası:

Əsrin transfer bombası:



“Real”dan gedəcəyi deyilən Kriştiano Ronaldo ilə bağlı xəbərlərin ardı-arası kəsilmir. Belə ki, “Kral Klubu”nun portuqaliyalı ulduz üçün “Mançester Yunayted”dən 350 milyon avro istəməsi barədə məlumat yayılıb.

AFN Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti yazır.

İtaliya mətbuatının iddiasına görə, PSJ “Real”a 140 milyon avro təklif edib. Parislilər Ronaldonun özünə illik 30 milyon avro vəd edir.

BBC isə transferdə əsas favoritin “Mançester Yunayted” olduğunu yazır. “Qırmızı-şeytanlar”ın artıq 200 milyon avroluq təkliflə çıxış etdiyi qeyd edilir.

“Real”a yaxınlığı ilə tanınan “Marca” qəzeti isə yazır ki, baş məşqçi Zinəddin Zidan Ronaldo ilə danışaraq “Sənə ehtiyacımız var. Sən bu komandanın ən önəmli parçasısan. Komandanın ulduzu olduğun üçün Madriddən getməyini istəmirəm”, - deyib.
19-06-2017, 17:13
Geri qayıt