AFN.AZ / Hərbçilərin güləş üzrə dünya çempionatı davam edir

Hərbçilərin güləş üzrə dünya çempionatı davam edir



Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir.

AFN xəbər verir ki, bu gün CİSM xəttilə keçirilən yarışlara MOİK-in 4 güləşçisi qatılıb.

80 kq çəki dərəcəsində Vəzirzadə Elton ilk görüşündə İsveç idmanşısı Dietsche Damianla görüşdə 4:2 hesabı ilə qalib gəlib. O, ikinci görüşünü koreyalı Yu Yeontaki ilə keçirib. Rəqibinin kürəyini döşəyə vuraraq görüşü tam qələbə ilə başa çatdırıb.

85 kiloqramda Abbasov İslam Estoniya idmançısı Piaser Marinə 8:0 hesabı ilə qalib qəlib. Onun ikinci görüşü yunanıstanlı İlyas Boukise ilə baş tutub. Görüş 9:0 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

98 kiloqramda Nuriyev Orxan Cənubi Koreya idmançısı Gu Haq Bon üzərində 13:2, 130 kiloqramda isə Feyziyev Cavid Çin idmançısı Garibu Siemge üzərində 4:0 hesabı ilə qələbə qazanıb.

Yarışlara Litvadakı Azərbaycan diasporasının sədri və üzvləri də idmançılara dəstək olmaq üçün gəliblər.








23-09-2017, 12:21
Geri qayıt