AFN.AZ / Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı



Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir.

AFN xəbər verir ki, təmsilçimiz İslam Abbasov 85 kiloqram çəki dərəcəsində bürünc medala sahiblənib. O, erməni rəqibi Abqaryan Argoştu 5-0 udaraq 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, daha iki idmançımız finala yüksəlib. Onlardan biri - 80 kq çəki dərəcəsində Elton Vəzirzadə Antoniuk Andreylə, 98 kq çəki dərəcəsində Orxan Nuriyev isə Melnikov Nikita ilə güləşəcək. E.Vəzirzadə erməni Manukyan Rafik üzərində qələbə qazanaraq finala yüksəlib.





23-09-2017, 20:12
Geri qayıt