AFN.AZ / Arda "Arsenal"a gedir

Arda "Arsenal"a gedir

Arda "Arsenal"a gedir


Arda Turan qış transfer pəncərəsində "Barselona"dan ayrıla bilər.

Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, "Arsenal" türk yarımmüdafiəçini transfer etmək istəyir. Bununla bağlı iki klub arasında danışıqlara start verilib. Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverdenin əsas heyətdə düşünmədiyi 30 yaşlı oyunçunu satmağa razılıq verəcəyi bildirilib.

Qeyd edək ki, A.Turanın "Barsa" ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, bu mövsüm heç bir matçda oynamayıb.
10-10-2017, 14:35
Geri qayıt