UEFA Avropa Liqasının L qrupunda oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.AFN AFFA-ya istinadən xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.
Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.