Əsas Səhifə > İdman / Son Dəqiqə > Arda Turana super təklif

Arda Turana super təklif


8-11-2017, 13:45.
title}
Arda Turana super təklif


Bu mövsüm "Barselona"da bir dəqiqə də forma geyinməyən Arda Turana İngiltərədən təklif var.

AFN fanat.az-a istinadən xəbər verir ki, türk futbolçunu "Arsenal" heyətinə qatmaq istəyir.

İngiltərə mediasının məlumatına görə, "Barselona" Arda Turanla bağlı ingilislərin təklifini qəbul edib. Transferin qışda reallaşacağı deyilir. Bildirilir ki, London klubunun baş məşqçisi Arsen Vengerin türk futbolçu ilə bağlı uzun vədəli planı var.

Bu arada "Barselona" rəhbərliyi "Arsenal"a Tomas Vermaelen və Aleyks Vidalı da sata biləcəklərini deyiblər.

Qeyd edək ki, "Arsenal" yayda da Arda Turanı transfer etmək istəyirdi.
Geri qayıt