AFN.AZ / “Qarabağ”ın rəqibinin əsas futbolçusu “Barselona”ya keçir

“Qarabağ”ın rəqibinin əsas futbolçusu “Barselona”ya keçir

“Qarabağ”ın rəqibinin əsas futbolçusu “Barselona”ya keçir


İspaniyanın “Barselona” klubu La Liqanın digər təmsilçisi “Atletiko” ilə futbolçu Antuan Qrizmannın transfer məsələsində prinsipial razılıq əldə edib.

Xarici KİV yazır ki, tərəflər bir neçə həftə əvvəl danışıqlara başlayıblar və artıq yekun mərhələsindədirlər. Bundan sonra Kataloniya təmsilçisi Madrid klubu ilə görüşmələrə start verəcək.

Fransa yığmasının 26 yaşlı hücumçusunun keçidi 2018-ci ilin yayına planlaşdırılıb.

Qrizmannın “Atletiko” ilə 2022-ci ilə qədər müqaviləsi var. 2018-ci ilin yayında onun transfer qiyməti 100 milyon avro olacaq.

Qeyd edək ki, “Atletiko” Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alıb. Bu kollektivlər arasında baş tutan hər iki görüşdə heç-heçə qeydə alınıb - 0:0, 1:1. Cari mövsümdə zəif təsir bağışlayan Antuan Qrizmann Azərbaycan çempionunun qapısına yol tapa bilməyib.
15-11-2017, 12:32
Geri qayıt