AFN.AZ / Kurtua:

Kurtua:



"Chelsea"nin qapıçısı Kurtua "Qarabağ"la oyunöncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.



Müsahibəni təqdim edirik:

- Uzaq yoldan sonra komandada əhval-ruhiyyə necədir? Xüsusi ilə uzuq ayaqların varsa...

- Uzun yola baxmayaraq, təyyarə rahat idi. Məşqimizin 3-də olması da yaxşı oldu. Əhvalımız yaxşıdır. Sabahkı oyuna hazırıq.

- "Qarabağ"dan çox "Liverpool" oyunu barədə düşünürlər...

- Yox, ilk olaraq sabahki oyundur. "Qarabağ"la oyun çətin olacaq. İlk oyundakı hesabı unutmaq lazımdır. Çünki "Roma" və "Atletico" ilə oyunda özlərini yaxşı göstəriblər. Rəqibə hörmət edirik.

- Sabah 3 xalı kim qazanacaq?

- Bu suala cavab vermək çətindir. Biz qazanmaq istəyirik. Favorit olsaq da, rəqibin bizə çətin anlar yaşadacağını gözləyirik. "Qarabağ"a erkən qol vurub, rəqibi təyziq altında saxlamağa çalışacağıq.

- Qrup ikincisi kimi pley-of-a yüksəlmək necə fikirdir?

- Əsas vəzifəmiz növbəti mərhələdir. İlk işimiz sabahkı oyunda qələbə qazanmaqdır. Sonra baxarıq birinci yoxsa ikinci olarıq.

- İlk oyunda 0-6 olmuşdu hesab. Digər oyunlarda isə fərqli hesablar oldu. "Qarabağ"ın oyununu necə dəyərləndirirsiniz?

- Rəqibin ilk oyunu idi. Ola bilsin həyəcan daha çox idi. Bizim son İngiltərə çempionu olmağımız da yəqin təsir etmişdi. Sonra taktiki irəliləyişlər etdilər. Hücumçular çox təhlükəlidir. Sabah maksimum diqqətli olmalıyıq.

- Sizin ikinci səfərinizdir Bakıya. Təəssüratlarınız necədir?

- "Atletico" ilə 4 il əvvəl gəlmişdik. Təəssüratlarımız çox yaxşı olmuşdu. Mədəniyyəti, insanların mehribanlığını xüsusi qeyd edərdim. (goal.az)
21-11-2017, 20:44
Geri qayıt