Əsas Səhifə > İdman / Üst manşet / Son Dəqiqə > Bütün futbolçularımdan razı qaldım-

Bütün futbolçularımdan razı qaldım-


6-12-2017, 10:18.
title}
Bütün futbolçularımdan razı qaldım-


"Roma"nı təbrik edirəm. Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, çox güclü komandaya qarşı oynayırdıq: "Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar"

Q.Qurbanov ümumilikdə "Qarabağ"ın qrupdakı oyunları haqqında da fikirlərini bölüşüb:

""Çelsi" ilə ilk oyunu nəzərə almasaq, komandanın çıxışından razı qaldım. Bəzi oyunlarda daha yaxşı nəticə göstərə bilərdik. Bəzi məqamlarda alınan qırmızı kartlar olmasaydı, daha çox xal toplaya bilərdik. Həm də təcrübə öz sözünü dedi".
Geri qayıt