AFN.AZ / “Formula-1”in 2018-ci il mövsümü üçün təqvimi təsdiq edilib

“Formula-1”in 2018-ci il mövsümü üçün təqvimi təsdiq edilib

“Formula-1”in 2018-ci il mövsümü üçün təqvimi təsdiq edilib


Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Dünya Şurası Formula-1 yarışlarının 2018-ci il mövsümü üçün təqvimini rəsmən təsdiq edib.



Növbəti mövsüm 21 mərhələdən ibarət olacaq. İlk yarış martın 25-də, son yarış isə noyabrın 25-də təşkil olunacaq.

Ölkəmizin üçüncü dəfə ev sahibliyi edəcəyi Azərbaycan Qran-Prisi isə aprelin 29-da təşkil olunacaq.

İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, lakin gözlənildiyi kimi Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı məhz Bəhreyndə, ardınca isə Çində keçiriləcək.
7-12-2017, 16:48
Geri qayıt