AFN.AZ / Ötən il Naxçıvan idmançıları 240 medal qazanıb

Ötən il Naxçıvan idmançıları 240 medal qazanıb

Ötən il Naxçıvan idmançıları 240 medal qazanıb


Ötən il ərzində ayrı-ayrı idman növləri üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib.



Bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, Naxçıvan idmançıları dünya çempionatlarında 5, Avropa çempionatlarında 1, beynəlxalq turnirlərdə 89, IV İslam Həmrəyliyi Oyunlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, Azərbaycan birinciliklərində 129 medal olmaqla, 240 medal qazanıblar.

Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında 40 minə yaxın yeniyetmə və gənc
idmanla məşğul olur. Ötən il ərzində nazirlik tərəfindən keçirilən idman tədbirlərində 9 minə yaxın idmançı iştirak edib. (Azvision.az)
11-01-2018, 09:56
Geri qayıt