AFN.AZ / Azərbaycan-Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

Azərbaycan-Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

Azərbaycan-Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.



AFFA-nın verdiyi məlumata görə, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.
12-01-2018, 20:44
Geri qayıt