AFN.AZ / Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları başlayır

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları başlayır

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları başlayır


Fevralın 13-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start veriləcək. Mərhələnin ilk oyun günündə iki qarşılaşma keçiriləcək.



Günün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada “Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - 2:0.

Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu “Mançester Siti” səfərdə İsveçrə “Bazel”nin qonağı olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
12-02-2018, 17:04
Geri qayıt