AFN.AZ / Britaniya Rusiyada keçiriləcək Dünya çempionatını boykota çağırdı

Britaniya Rusiyada keçiriləcək Dünya çempionatını boykota çağırdı

Britaniya Rusiyada keçiriləcək Dünya çempionatını boykota çağırdı


Böyük Britaniya hökuməti SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsinə dair işdə "Rusiya izi" sübuta yetiriləcəyi təqdirdə, Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatını boykot etməyə hazır olduğunu bildirib.



“Report” xəbər verir ki, boykot mundiala yüksək vəzifəli siyasətçi və rəsmi şəxslər tərəfindən məhəl qoyulmamasını nəzərdə tutur.

"DÇ-nın boykotu aydın şəkildə variantlardan biridir", - deyə sayt Britaniya mənbələrindən sitat gətirir.

Yerli KİV-in yazdığına görə, britaniyalıların ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilərlər.
11-03-2018, 14:32
Geri qayıt