AFN.AZ / İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı-

İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı-

İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı-


İsveçdə yaşayan azərbaycanlı uşaq şahmat turnirində birinci yerə çıxıb.



Bu barədə AFN-ə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

O qeyd edib: "Turnirdə qələbə qazanan Məhəmməd Əli Nəzərli 25 ildir ki, Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun kiçik üzvlərindən biridir. Məhəmməd Əli İsveçin "Dagens Nyheter" qəzetinin təşkil etdiyi "Şahmat 2018" yarışmasının 11 yaşlılar arasında Stokholm üzrə birinciliyini qazanıb. Bu qürurvericidir. Onun parlaq gələcəyindən xəbər verir. Gələcəkdə nüfuzlu yarışlarda iştirak edəcək. Bir azərbaycanlı kimi bundan fəxr etməmək mümkün deyil. Məhəmməd Əli Azərbaycan ruhunda tərbiyə alır. Valideynləri onu vətənpərvər, milli ruhda böyüdürlər. Üzvü olduğu dərnək Stokholmda fəaliyyət göstərir. Dərnək Azərbaycanla bağlı tədbirlər təşkil edir".

İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı-

İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı-

İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı-
14-04-2018, 00:52
Geri qayıt