AFN.AZ / "Bavariya" yeni baş məşqçisinin adını açıqladı

"Bavariya" yeni baş məşqçisinin adını açıqladı

"Bavariya" yeni baş məşqçisinin adını açıqladı


Ardıcıl 6-cı çempionluğunu ötən həftə elan edən "Bavariya"nın mövsümün sonunda məşqçi karyerasını bitirməsi gözlənilən Jupp Heynkesin yerinə kimi gətirəcəyi müəyyənləşib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen klubunu Niko Kovaç çalışdıracaq. Xorvat mütəxəssislə "Bavariya" arasında 2021-ci ilədək müqavilə imzalanıb. O, iyulun 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.

"Kicker" dərgisi isə Frankfurt "Ayntarxt"ını çalışdıran xorvat mütəxəssisin müqavilə detallarını yayımlayıb. Kovaç 2018/19 mövsümünün sonunadək nəzərdə tutulan müqaviləsinə görə kluba 2,2 milyon avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində Almaniyanın "Herta", "Bayer", "Hamburq" və Avstriyanın "Zalsburq" klublarında çıxış edən Kovaç 2001-2003-cü illərdə "Bavariya"da oynayıb. Məşqçiliyə "Zalsburq"un akademiyasında başlayan, daha sonra klubun əsas komandasında məşqçi işləyən 46 yaşlı mütəxəssis 2012-2013-cü illərdə Xorvatiyanın U-21, 2013-15 illərdə əsas millisini çalışdırıb. O, 2016-cı ildən "Ayntraxt"a başçılıq edir.
14-04-2018, 14:21
Geri qayıt