Əsas Səhifə > İdman / Son Dəqiqə > “Qarabağ” – “Olimpiya” matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək

“Qarabağ” – “Olimpiya” matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək


11-07-2018, 10:57.
title}
“Qarabağ” – “Olimpiya” matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək


"Qarabağ" klubu Çempionlar Liqasında I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi cavab oyununun biletlərini satışa çıxarıb.

İyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya ən ucuz bilet 1 manatadır. Digər biletləri sektorlara uyğun olaraq, 2 manat, 3 manat, 5 manat və 10 manata almaq olar. VİP biletlər isə 50 manatadır.

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Onları onlayn olaraq, iTicket.az saytından və 9 satış məntəqəsindən - Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə küçəsi, 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti - Nizami küç. (Nizami k/t yaxınlığı) və Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) almaq mümkündür.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" matçı saat 21:00-da başlanacaq.
Geri qayıt