AFN.AZ / Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazanıb-

Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazanıb-

Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazanıb-


Azərbaycanlı kamandan oxatan Ozay Qasımova 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanıb. O, 27 sentyabr – 1 avqust tarixlərində Polşanın Leqniça şəhərində təşkil olunmuş Kamandan Oxatma üzrə Avropa Çempionatının fərdi kvota yarışlarında 4-cü yeri tutaraq bu nailiyəti əldə edib.



Avropa Çempionatında iştirak edən qadınlardan ibarət komandamız isə 24 ölkə arasında 9-cu yerin sahibi olub. Bu nəticə Azərbaycan Kamandan Oxatma Federasiyası (ARKOF) adına qazanılmış uğurdur.

Komanda yarışlarında Yunanıstan çempion olarkən Norveç ikinci, İsveç isə çüncü yerə çıxıb.

Kamandan Oxatma idmanı Olimpiya İdman növləri sırasına daxildir. “AS Qrup İnvestment” ARKOF-un rəsmi dəstəkçisidir.

Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazanıb-

Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazanıb-

Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazanıb-
12-09-2018, 10:49
Geri qayıt