AFN.AZ / Rəsul Məmmədov kombat ciu-citsu üzrə Avropa və dünya çempionatlarındakı uğurlardan danışdı

Rəsul Məmmədov kombat ciu-citsu üzrə Avropa və dünya çempionatlarındakı uğurlardan danışdı

Rəsul Məmmədov kombat ciu-citsu üzrə Avropa və dünya çempionatlarındakı uğurlardan danışdı


13-14 oktyabrda Çexiyanın Ostava şəhərində kombat ciu-citsu üzrə dünya çempionatı keçirilib.

AFN xəbər verir ki, Azərbaycan milli komandasını 7 nəfər təmsil edib. İdmançılarımız çempionatın "full contact" və "police self defense" növlərində iştirak ediblər. Komandamızın baş məşqçisi, DİN-in idman cəmiyyətinin əməkdaşı, əməkdar məşqçi Rəsul Məmmədov saytımıza açıqlamasında bildirib ki, kombat ciu-citsu yapon idman döyüş növüdür: "Bu döyüş növü xüsusilə dünyada polislərin, cangüdənləri, hərbiçilərin, xüsusi təyinatlıların arasında geniş yayılıb. Hətta bir çox güc strukturları əməkdaşlarının döyüş hazırlığı proqramına salınıb. İdmançılarımızın tam heyəti DIN-in idman cəmiyyətinin yetirmələridir. Komandamızda polis əməkdaşları da var. Baş dövlət yol polis idarəsinin əməkdaşları polis kapitanı Fərid Mayılov və Əliyev Süleyman "Police self defense" növündə birinci yerləri tutublar. DİN-in idman cəmiyyətinin təmsilçisi Nazim Qasımov 77 kq çəki dərəcəsində 3-cü yeri tutub".

Həmçinin Rəsul Məmmədov bildirib ki, hər il kombat ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək nəticələr əldə edirik: "Elə bu ildə bizim üçün çox uğurlu il oldu və mən ümid edirəm ki, biz ildən-ilə medallarımızın sayını daha çox edəcəyik. Komandamızın adından Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Baş Dövlət Yol Polis İdarəsinin rəhbərliyinə, DİN-in idman cəmiyyətinin rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə 2018-ci ilin dünya çempionatına hazırlığımıza və iştirakımıza dəstəyə görə dərin təşəkkürümüzü bildiririk".

Rəsul Məmmədov kombat ciu-citsu üzrə Avropa və dünya çempionatlarındakı uğurlardan danışdı

Rəsul Məmmədov kombat ciu-citsu üzrə Avropa və dünya çempionatlarındakı uğurlardan danışdı

Rəsul Məmmədov kombat ciu-citsu üzrə Avropa və dünya çempionatlarındakı uğurlardan danışdı

Rəsul Məmmədov kombat ciu-citsu üzrə Avropa və dünya çempionatlarındakı uğurlardan danışdı
18-10-2018, 12:38
Geri qayıt