AFN.AZ / Jurnalisti dodağından öpən idmançıya hökm oxundu

Jurnalisti dodağından öpən idmançıya hökm oxundu

Jurnalisti dodağından öpən idmançıya hökm oxundu


Bolqarıstanlı boksçu Kubrat Pulev pul cəriməsinə məruz qalıb.

Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun qadın jurnalisti dodağından öpməsi olub.

Məsələ burasındadı ki, ABŞ-da keçirilən bir döyüşdən sonra Cennifer Ravaloya müsahibə verən boksçu gözlənilmədən onu öpüb. İdmançı bu hərəkətinə görə, məhkəmə qarşısına çıxıb. Pulev jurnalistin bu durumdan narazı qalmadığını və həmin anda onun kürəyindən tutduğunu söyləyərək, özünü müdafiə edib.

Buna baxmayaraq, Kaliforniya Atletika Komissiyası peşəkar boksçunu 2500 dollar məbləğində cərimələyib. Bununla yanaşı, komissiya Pulevi təcavüzə qarşı təlim kurslarına cəlb edib.

38 yaşlı Avropa çempionu hərəkətini təkrarlayacağı təqdirdə, ömürlük diskvalifikasiya olunacaq.
15-05-2019, 18:42
Geri qayıt