Əsas Səhifə > İdman / Son Dəqiqə > İdmançımız ermənini məğlub edib Avropa 3-cüsü oldu

İdmançımız ermənini məğlub edib Avropa 3-cüsü oldu


23-05-2019, 12:11.
title}
İdmançımız ermənini məğlub edib Avropa 3-cüsü oldu


Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb.

82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb. Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.


Geri qayıt