AFN.AZ / "Qarabağ"da braziliyalı futbolçu-

"Qarabağ"da braziliyalı futbolçu-

"Qarabağ"da braziliyalı futbolçu-


Almaniyanın “Ştutqart” komandasının müdafiəçisi Ailton Silvanın “Qarabağ”a keçidi rəsmiləşib.

AFN-in qol.az-a istinadən məlumatına görə,bu gün komandanın düşərgəsinə qoşulan və tibbi müayinədən keçən braziliyalı sol kənarmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2019-2020 mövsümünü icarə əsasında "Qarabağ"dakeçirəcək.

Qeyd edək ki, “Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.
Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.
3-07-2019, 17:32
Geri qayıt