AFN.AZ / Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb


Azərbaycanın FİFA referisi Rauf Cabbarov təyinat alıb.

O, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Fola” (Lüksemburq) – “Çixura” (Gürcüstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Akif Əmirəli və Yaşar Abbasov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.
4-07-2019, 11:19
Geri qayıt