Əsas Səhifə > İdman / Son Dəqiqə > "Qarabağ" bu gün Avroliqanın qrupuna vəsiqəni təmin edə bilər

"Qarabağ" bu gün Avroliqanın qrupuna vəsiqəni təmin edə bilər


13-08-2019, 09:30.
title}
"Qarabağ" bu gün Avroliqanın qrupuna vəsiqəni təmin edə bilər


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Qaynarinfo xəbər verir ki, "Qarabağ” cavab oyununa doğma meydanda çıxacaq və Cənubi Kiprin APOEL klubu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20.30-da start götürəcək.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada "Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.

"Qarabağ” APOEL səddini keçəcəyi halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və Çempionlar Liqasının "pley-off"unda "Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsələr, Avropa Liqasının "pley-off"unda "Linfild” (Şimali İrlandiya) – "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində "Linfild” səfərdə qələbə qazanıb – 2:1.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

13 avqust
20.30 Qarabağ (Azərbaycan) - APOEL (Cənubi Kipr)
Hakimlər: Daniel Sibert, Yan Seydel və Lasse Kozlovski, Martin Petersen (Almaniya).
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Geri qayıt