Deputatdan Mərkəzi Banka sərt etiraz: "Bu biabırçılıqdır..." - - VİDEO


"Etiraz edirəm, bu biabırçılıqdır".



Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Mərkəzi Bankının 218 milyon avroya tikiləcək yeni binasının layihəsindən danışarkən deyib. Deputat cahcəlallı binaya ehtiyacın olmadığını bildirib:

"Reuters" agentliyinin məlumatına görə, Azərbaycan Mərkəzi Bankı özünə yeni inzibati bina tikir. Layihənin dəyəri 218 milyon avrodur, təxminən 430 milyon manat. Bu qədər cahcəlala nə ehtiyac var? Özümüzü dünyaya varlı göstərməklə nə varlı oluruq, nə də insanlarımıza ləyaqətli həyat verə bilirik.
Hər bir dövlət qurumu özünə rahatlıq yaratmaq və xaricilərin, dünyanın gözündə öyünmək üçün büdcəni, neft pullarını, bizim qazancımızı görə sovurur, daşa-divara xərcləyir".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 218 milyon avroya bina tikdirir. Türkiyənin "Tekfen Holding”i Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının inşası üçün keçirilmiş tenderin qalibi olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu