Azərbaycandan Ermənistana qaz nəqli: Müqavilənin müddəti uzadılacaq?..


Xəbər verildiyi kimi, Rusiya qazı Ermənistana “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işləri ilə əlaqədar müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql olunacaq. Bununla əlaqədar martın 16-da SOCAR və “Qazprom eksport” şirkətləri arasında qısamüddətli müqavilə imzalanıb.


Maraqlıdır, müqavilənin müddəti uzadıla bilərmi?

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Teleqraf.com-a bildirib ki, hazırda müqavilənin müddətinin uzadılması gündəmdə deyil: “Bu müqavilə müəyyən müddət üçün bağlanıb. Bildiyim qədəri ilə bununla bağlı hər hansı müraciət yoxdur. Əgər müraciət olarsa, onda həmin müraciətə baxılacaq. Hansı qərarın veriləcəyini öncədən demək mümkün deyil”.

Qurum rəsmisi qeyd edib ki, qazın nəqli üçün Azərbaycana Rusiya tərəfi müraciət edib: “Rusiya qazının Azərbaycan üzərindən Gürcüstan ərazisinə daşınması ilə bağlı razılıq əldə olunub. Razılığı əsasən, Qazax magistral qaz-boru kəməri vasitəsilə Gürcüstana müvəqqəti tranzit nəql olunacaq”.

Qeyd edək ki, “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işlərinin təxminən 3 həftə davam edəcəyi deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu