Yarmarkalar bərpa ediləcək-nazirlik


Bakı şəhərində fəaliyyəti dayandırılan kənd təsərrüfatı yaramarkaları yaxın vaxtlarda fəaliyyətini yenidən bərpa edəcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı yarmarkalarının yenidən fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında danışıqlar gedir: “Danışıqlar əsasən Bakı şəhərində kənd təsərrüfatı yarmarkası üçün müvafiq yerlərin ayrılması ilə bağlıdır. Yarmarkalar üçün yeni ünvan və yerlər barədə razılıq əldə olunduqdan sonra ictimaiyyət məlumatlandırılacaq. Biz yeni ünvanlar bərəsində cəmiyyəti məlumatlandıracayıq.”
Qeyd edək ki, Birinci Avropa Oyunları ərəfəsində Bakı şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkalarının fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Bu yarmarkalarda qiymətlər digər bazar və ticarət obyektlərindən fərqli olaraq ucuz olduğundan şəhərin aztəminatlı ailələri daha çox bu yarmarkalardan alış-veriş etməyə üstünlük verirdi. Bu yarmarkaların bağlanması isə paytaxt sakinləri arasında narahatçılığa səbə olub.(moderator.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu