Rövnəq Abdullayev Gürcüstanın baş naziri ilə görüşdü


Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 26-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.

İ. Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

"Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib”, - deyə hökumət administrasiyadan bildirilib.

Apa



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu