Komitənin ləğvi düzgündür, amma...


"Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi doğru qərardı. Uzun illərdi paralel, oxşar, yaxud bir-birinə yaxın sektorlar üzrə idarəetmə orqanlarının birləşdirilməsi ilə bağlı müzakirələr aparılır".

Afn.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, qərar təqdirəlayiq olsa da, bir sıra məsələlər öz əksini tapmayıb: "Komitənin ləğvinə dair prezident fərmanı ilə bağlı bir məqamı vurğulamaq gərəkdi. Torpaq Komitəsinin dövlət torpaq kadastrı, yer quruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrinin aparılması ilə bağlı funksiyaları Əmlak Komitəsinə verilib. Geodeziya, topoqrafiya, xəritəçəkmə ilə bağlı bir sıra səlahiyyətlər isə Ekologiya Nazirliyinə həvalə olunub.
Bu səlahiyyət bölgüsündə Kənd Təsərrüfatı Nazirliyinin adı gözə dəymir. Halbuki torpaqların, ilk növbədə kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyətinə dövlət nəzarəti, münbitlik xassələrini itirmiş kənd təsərrüfatı torpaqlarının müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına və dövriyyəyə cəlb olunmasına məsuliyyət, örüş və biçənək torpaqlarından səmərəli istifadəyə nəzarətin təşkili kimi məsələlərdə Kənt Təsərrüfatı Nazirliyinin də rolu, funksiyaları olmalı idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu