Gürcüstanın Azərbaycana 11 milyon dollardan çox borcu var


Gürcüstanın Maliyyə Nazirliyinin 2015-ci il 31 iyul tarixinə olan məlumatına əsasən, ölkənin xarici borcunun və dövlət zəmanəti altında götürülmüş kreditlərinin həcmi 4,15 milyard dollardan ibarətdir.İlin əvvəlindən Gürcüstanın dövlət borcu 50,3 milyon dollar azalıb.

Oxu.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ümumi məbləğin 4,12 milyard dolları Gürcüstan hökumətinin borcudur.

Gürcüstanın 17 ikitərəfli kreditoru var, bu ölkələrə olan borcun ümumi məbləği 704 milyon dollardır. Kreditor-ölkələr sırasına Azərbaycan da daxildir. Gürcüstanın Azərbaycana borcu 11 milyon 111 min dollardan ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu