SOCAR DESFA-da pay almaqda maraqlı olduğunu təsdiqləyib


SOCAR Yunanıstanın qazpaylayıcı operatoru DESFA-da pay əldə etməkdə maraqlı olduğunu təsdiqləyib. İlin sonunadək sazişin imzalanacağı ehtimal edilir.

“Reuters” agentliyi xəbər verir ki, bu barədə Yunanıstan Özəlləşdirmə Agentliyi (HRADF) məlumat yayıb.

Məlumatda bildirilir ki, Afina SOCAR-ın DESFA-da 66 %-lik pay əldə etmə variantını nəzərdən keçirib. Avropa İttifaqının (Aİ) tələblərinə uyğun olaraq, bu variantda 17% Yunanıstan hökumətinə və ya üçüncü tərəfə verilir.

HRADF-ın bəyanatında qeyd olunur ki, agentliyin nümayəndələri və “Hellenic Petroleum” şirkəti SOCAR nümayəndələri ilə görüş keçirib. Görüşdə tərəflər sazişin bağlanmasında istəkli olduqlarını təsdiq ediblər.

Görüşdə SOCAR-ın Yunanıstan nümayəndəliyinin baş direktoru Anar Məmmədov, HRADF prezidenti Stergios Pitsiorlas və digəriləri iştirak edib. Tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu