Nəqliyyatda yük və sərnişindaşıma ucuzlaşıb


2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb

Dövlət Statistika Komitəsindən AFN.az-a verilən məlumata görə sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7 və 32,6 faiz ucuzlaşma müşahidə olunub. Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
Yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6 faiz ucuzlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu