"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasının iştirakçıları məlum olub


Azərbaycan Energetika Nazirliyi "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının fevralı 12-də Bakıda keçiriləcək ilk iclasının iştirakçılarının adlarını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, iclasın Bakıda keçirilməsi təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Ölkə başçısı tərəfindən Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Energetika Nazirliyinə tapşırılıb.

Şuranın iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr veriləcəkdir. Məşvərət Şurasının iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanının enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkəti, "BP-Azebajian", Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu