“Azərenerji”nin ləğv ediləcəyi bildirilir


Son iki gündə bir sıra qurumlarla bağlı verilən qərarlar diqqət çəkməkdədir. Fevralın 9-da “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov prezident sərəncamı ilə vəzifəsindən azad edilərək nəqliyyat nazirinin müavini təyin edildi. Bunun ardınca verilən digər bir sərəncamla “Azəryolservis”in sədri Cavid Qurbanov A.Əsgərocun yerinə gətirildi.

Ondan bir gün sonra isə “Azərenerji” ASC-nin səlahiyyətlərini azaldan bir qərar verildi. Prezident sərəncamı ilə “Azərişiq” ASC yaradıldı. “Bakıelektrikşəbəkə”nin bazasında yaradılan yeni ASC ölkə ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Qeyd edək ki, yeni təyinat olan sahələrin hər ikisi – nəqliyyat və enerji sektorları barələrində ən çox neqativlər yazılan, deyilən sahələrdir. Bunlar həm də ən çox korrupsiyalaşmış sektorlardır desək, yanılmarıq. Hər iki sahədə rəhbərlik edən məmurlar – Ziya Məmmədov və Etibar Pirverdiyev də ən korrupsioner məmurlar kimi tanınıblar. Lakin bu mövzuda bizimlə fikirlərini bölüşən ekspertlər bildirirlər ki, bu qərarların heç də hamısı hansısa məmurun şəxsi keyfiyyətləri ilə əlaqəli deyil. Belə ki, neftin dünya bazarında qiymətinin sürətlə düşməsi ölkənin gəlirlərini sürətlə azaltdı və bir sıra ixtisarlara ehtiyac yarandı: “O üzdən də yaxın vaxtlarda həm “Azəryolservis”in, həm də “Azərenerji”nin ləğv ediləcəyi tamamilə gözləniləndir. Birincinin Nəqliyyayt Nazirliyinə, ikincinin isə Dövlət Neft Şirkətinə birlşdirilməsi də verilməsi gözlənilən qərarlar sırasındadır”.
Qeyd edək ki, parlamentin deputatlarından biri “Azəryolservis”in ləğv olunacağı haqda afn.az-a bilgi verib. Quruma hələlik sədr təyin edilməyib. Məlumatlara görə, sədri müvəqqəti olaraq Bakı 1 saylı Yol İstismarı İdarəsinin rəisi Saleh Məmmədov əvəz edir.

FUAD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu