İcmal büdcənin 2016-cı il üçün gəlir-xərcləri açıqlanıb


Azərbaycanda 2016-cı ilin icmal büdcəsinin gəlirləri 16 mlrd. 720,1 mln. manat və yaxud əvvəlki ilə nisbətən 3 mlrd. 996,7 mln. manat (19,3%) az, xərcləri 19 906,5 mln. manat və yaxud əvvəlki ilə nisbətən 6 mlrd. 4,4 mln. manat (23,2%) az nəzərdə tutulub.

Maliyyə Nazirliyindən Afn.az-a verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Təqdimatda qeyd olunub ki, icmal büdcə gəlirlərinin 14,566 mlrd. manatını dövlət büdcəsinin gəlirləri, o cümlədən, 6 mlrd. manatını Dövlət Neft Fondundan transfertlər təşkil edir. Büdcə gəlirlərinin 351,4 mln. manatı Naxçıvan Muxtar Respublikasının, o cümlədən, 282,4 mln. manatı dövlət büdcəsindən verilən dotasiyanın payına düşür. Dövlət Neft Fondunun gəlirləri 6 mlrd. 711,6 mln. manat, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri isə 3 mlrd. 78,6 mln. manat həcmində müəyyənləşdirilib ki, bunun da 1,1 mlrd. manatını dövlət büdcəsindən verilən transferlər təşkil edir.

İcmal büdcənin xərclərinin 16,264 mlrd. manatını dövlət büdcəsinin xərcləri, 351,6 mln. manatını Naxçıvan Muxtar Respublikasının büdcə xərcləri, 8,2 mlrd. manatını Dövlət Neft Fondunun xərcləri, 3 mlrd. 78,6 mln. manatını isə Dövlət Sosial Müdafiə Fondunun xərcləri təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu