Aydın Əliyev yenə inhisarçıların sözünü deyir


Bu ilin 8 ayında fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana 500 minə yaxın mobil telefon gətirilib.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A. Əliyevin sözlərinə görə, fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur: "Bu, artıq bir ticarət növünə çevrilib. Bəzi dırnaqarası işbazlar bundan sui-istifadə edirlər".

Komitə sədri xaricdən ölkəyə gətirilən mobil telefonlara görə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı hökumətə müraciət etdiklərini xatırladıb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu