Azərbaycan neftinin qiyməti 50 dolları keçdi


Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar artaraq 45,26 dollar təşkil edib.

ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0,40 dollar artaraq 48,09 dollar olub.

Virtualaz.org-un məlumatına görə, London birjasında oktyabrın 1-də keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti də 0,45 dollar və ya 0,90% artaraq 50,37 dollar təşkil edib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu