Azərbaycanda yeni qızıl fabriki açıldı


"Anglo-Asian Mining plc" (ААМ) şirkəti Azərbaycanda mis və qiymətli metallar istehsalı üzrə yeni flotasiya fabrikini işə salıb.

"Trend"in şirkətə istinadən verdiyi məlumata görə, bunu AAM-ın baş direktoru Rza Vəziri deyib.

Onun sözlərinə görə, fabrikin buraxılış qabiliyyəti saatda 90 ton təşkil edir: "Hazırda metalların bərpası prosesini istehsal edilən konsentratın keyfiyyətini optimallaşdırırıq"

AAM bu il fabrikdə 5 min unsiya qızıl və 1,2 min ton mis hasil etməyi planlaşdırır. Fabrik qızıl və mis hasilatının həcmini artırmağa imkan verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu