Büdcə təşkilatlarının 3 milyonluq kommunal borcu


2014-cü ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1867,9 mln. kVt.saat elektrik enerjisi, 239,6 min Q.kal istilik enerjisi, 131,5 mln. kubmetr təbii qaz, 27,0 mln. kubmetr su, 12,5 mln. manatlıq rabitə xidmətləri istehlak edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2013-cü illə müqayisədə rabitə xidmətlərinin istehlakı 25,0%, istilik enerjisinin istehlakı 19,1%, təbii qazın istehlakı 18,7%, elektrik enerjisinin istehlakı 4,2%, suyun istehlakı 3,1% artıb.

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2014-cü ildə 6,5% artaraq 168,2 mln. manat təşkil edib.

İstehlakın ümumi dəyərinin 66,6%-ni elektrik enerjisi, 14,4%-ni su, 7,8%-ni təbii qaz, 7,4%-ni rabitə xidmətləri, 3,8%-ni isə istilik enerjisi təşkil edib.

2014-cü ildə büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 98,5%-ni (2013-cü ildə 97,6%) ödəməklə 2,6 mln. manatlıq kəsir yaranıb. İstehlak edilmiş elektrik enerjisinin 1,5 mln. manatı, təbii qazın 640,8 min manatı, suyun 276,7 min manatı, rabitə xidmətlərinin 135,7 min manatı və istilik enerjisinin 13,2 min manatı ödənilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu