SOCAR: Hüquqi şəxslərə satılan qazın qiyməti artırılmayacaq


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda hüquqi şəxslərə satılan təbii qazın qiymətini artırmayacaq.

Bunu SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia"dan bildiriblər.

“Ölkədə qazın satış qiymətinin artırılması təşəbbüsü ilə “Kaztransqaz-Tbilisi” şirkəti çıxış edib. Onlar bununla bağlı bəyanat yayandan sonra bizim də bununla bağlı fikirlərimiz olub. Bununla belə sonda bu ideyamızdan imtina etdik. Lakin “Kaztransqaz-Tbilisi” şirkəti fikrindən daşınmır. Şirkət martın 1-dən hüquqi istehlakçılar üçün qazın satış qiymətini hər kubmetrinə görə 0,9 lari artıraraq 0,44 lariyə çatdıracaq”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, hazırda Tbilisidə təbii qazın bir kubmetrinə görə tarifi 0,4562 lari (0,22 dollar), regionlarda isə 0,4 lari (təxminən 0,20 dollar) təşkil edir. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu