Azərbayanda yeni kredit fondu yaradılır-MƏRKƏZİ BANK


“Biz real iqtisadiyyata ucuz və uzunmüddətli kreditlərin verilməsini düşünürük”.


Fins.az-ın Dövlət televiziyasına istinadən məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib ki, Azərbaycan dövləti özünün maliyyə resurslarını kiçik və orta sahibkarlığın inkişafına yönəltməyi planlaşdırır. Bu məqsədlə yeni bir fondun yaradılmasına başlanılıb.
“Bizim kifayət qədər iqtisadi resurslarımız var. Bu proses yəqin ki, bank sektoru vasitəsilə həyata keçiriləcəkdir. Sahibkarlığa Kömək Milli Fondu analogiyasında ola biləcək digər belə maliyyə instutunun yaradılması istiqamətində ciddi işlər görülür. Bunlar beynəlxalq təcrübədə yaxşı məlumdur. Məhz belə bir dəstək sayəsində kiçik və orta biznesin inkişafına, iqtisadiyyatın şaxələnməsinə nail olacağıq. Bunun üçün kifayət qədər maliyyə resurslarımız var. Biz bu istiqamətdə real irəliləmişik yəqin ki, yaxın dövrdə, çox qısa bir müddətdə yeniliklərin şahidi olacağıq”.
Qeyd edək ki, 31.01.2015-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatrları 12,68 milyard dollar, Neft Fondunun aktivləri 37,1 milyard dollarına bərabər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu