Bankların Mərkəzi Banka borcu kəskin artıb


Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı tələblərinin 8,2%-i və ya 317,544 mln. manatı cəmi 7 bankın payına düşür.

"Report"un bankların hesabatına istinadən verdiyi xəbərə görə, bu, "Bank of Baku", "Bank VTB (Azerbaijan)", "Kapital Bank", "Qafqaz İnkişaf Bankı", "Turanbank", "Silk Way Bank" ASC və "Accessbank" QSC-dir.

Bankların balans hesabatlarına əsasən, cari il oktyabrın 1-nə AMB-nın "Bank of Baku"ya qarşı tələbləri 40 mln. manat, "Bank VTB(Azerbaijan)" üzrə 10 mln. manat, "Kapital Bank"da 103,7 mln. manat, "Qafqaz İnkişaf Bankı"nda 60 mln. manat, "Turanbank"da 63 mln. manat, "Accessbank"da 10 mln. manat, "Silk Way Bank"da 31 mln. manat təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bankın "Paşabank" , "AFB Bank", "Azərbaycan Sənaye Bank" ASC-yə qarşı isə tələbi yoxdur.

Mərkəzi Bankın hesabatına istinadən, 2015-ci il oktyabrın 1-nə AMB-nin banklara məcmu tələbləri 3 859,6 mln. manat təşkil edib. Bu da öz növbəsində ilin əvvəli ilə müqayisədə 2,6 dəfə, martın 1-i ilə (devalvasiyadan sonra) müqayisədə isə 2 dəfə çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu