Azərbaycandakı banklarla bağlı STATİSTİKA


Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Bu barədə Modern.az saytına adıçəkilən mərkəzdən məlumat verilib.

Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildir.
Şirkət banklarla bağlı noyabr ayı üzrə məlumatları təqdim edir. 2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 10190 xəbər yerləşdirilib. Bunlardan 9994-ü neytral, 158-i mənfi, 38-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Nikoil Bank (25 xəbər), Parabank (12 xəbər), Unibank Kommersiya Bankı (10 xəbər). Mənfi xəbərlərin əsas mövzusu bankların müflisləşməsidir.

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 2650 xəbər

2. AGBank (Azəri Qaz Bank) 961 xəbər

3. Texnika Bank (Bank Technique) 747 xəbər

4. MuğanBank 578 xəbər

5. Kapital Bank 489 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 360 xəbər dərc edilib. Bu xəbərlərdən 353 xəbər neytral, 7 xəbər isə mənfidir. Qəzetlərdə Azərbaycan Kredit Bankı (3 xəbər) mənfi xəbərlər arasında liderdir.

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı - 150 xəbər

2. AGBank (Azəri Qaz Bank) - 41 xəbər

3. Texnika Bank (Bank Technique) - 23 xəbər

4. MuğanBank - 23 xəbər

5. AtaBank - 14 xəbər

Noyabr ayında televiziya kanallarında banklar haqqında 41 xəbər göstərilib.

1. Azərbaycan Beynəlxalq Bankı - 17 xəbər

2. Kapital Bank - 6 xəbər

3. Eurobank Azerbaijan - 3 xəbər

4. Azərbaycan Kredit Bankı - 3 xəbər

5. DəmirBank - 2 xəbər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu