7 ayda ölkəyə 49,5 min maşın gətirilib


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xarici ölkələrdən 644,075 milyon dollar dəyərində 49,537 min avtomobil idxal edilib. Dövlət Statistika Komitəsindən AFN.az-a verilən məlumata görə, idxal edilən avtomobillərin 42,784 min ədədi minik avtomobilləri və motosikllərdir. Minik avtomobillərinin ümimi dəyəri 421,228 milyon dollar olub.

İdxal edilən avtomobillər arasında yük daşımaq üçün alınan avtomobillərin sayı 5594 ədəd, ümumi dəyəri 134,376 milyon dollar, avtobusların sayı 635 ədəd, ümumi dəyəri 36 milyon dollar, xüsusi təyinatlı avtomobillərin sayı 524 ədəd, ümumi dəyəri 52,46 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2011-ci ilin sonunda Azərbaycanda 1 milyon 37 min 626 ədəd avtomobil olub. Onun 871,449 min ədədi minik avtomobili, 122,18 min ədədi yük avtomobili, 29,189 min ədədi avtobus olub.

Menbe: [url=http://afn.az/avto/3262-7-ayda-lky-495-min-man-gtirilib.html]http://afn.az/avto/3262-7-ayda-lky-495-min-man-gtirilib.html[/url]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu