2015-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 9 yeni neft hasilat quyusu qazılıb


2015-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 9 yeni neft hasilat və 1 suvarma quyusu qazılıb, geoloji-kəşfiyyat, yeni yataqların kəşfi istiqamətində mühüm işlər aparılıb.

“APA-Economics”in məlumatına görə, bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən strukturlarda birgə geoloji
kəşfiyyat işləri başlayıb, “Şəfəq-Asiman” dəniz bloku üzrə seysmik məlumatların interpretasiyası başa çatdırılıb: “Həmçinin, gələcək kəşfiyyat işlərinin mümkünlüyünün müəyyənləşdirilməsi, geoloji və geofiziki tədqiqatların aparılması məqsədilə SOCAR və Almaniyanın “RWE Dea” şirkəti Xəzərdə, Abşeron yarımadasının cənub hissəsinin akvatoriyasında karbohidrogenlərin mövcudluğunun birgə araşdırılması üzrə Saziş imzalayıblar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu