DGK-dan rüsumlarla bağlı – Rəsmi açıqlama


Dövlət Gömrük Komitəsi “Binə” Ticarət Mərkəzində çalışan bir qrup sahibkarın gömrük rüsumlarının artırılması ilə bağlı narazılığına münasibət bildirib.

Komitədən Axar.az-a verilən məlumata görə, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada vergi və rüsumlara cəlb edilir:

“Bu gün bəzi kütləvi informasiya vasitələrində "Binə" Ticarət Mərkəzində çalışan bir qrup sahibkarın gömrük rüsumlarının artırılması ilə bağlı fikirlərini əks etdirən məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş “Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir”.

Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Komitə tərəfindən mövcud qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu