Çörəyin bahalaşma ehtimalı yoxdur


“Karat Holdinq” MMC-nin sahibi Əsabil Qasımovun sözlərinə görə, Azərbaycanda çörəyin bahalaşma ehtimalı sıfıra bərabərdir.


Virtualaz.org saytı Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ölkədəki ən böyük un istehsal edən şirkətlərdən birinin - “Karat Holdinq” MMC-nin sahibi Əsabil Qasımovun sözlərinə görə, Azərbaycanda unun qiyməti ən azı 1 il müddətində qalxmayacaq.

Şirkət sahibi deyib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub və bu, çox vacib qərardır.

“Ən azı 1 il müddətinə çörəyin və unun bahalaşması sıfıra bərabərdir”, - Əsabil Qasımov belə deyib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, hazırda daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu