Maşın idxalı 5 dəfə azalıb


2015-ci ildə Gürcüstandan Azərbaycana 63 milyon 567.3 min dollar dəyərində 3 min 455 ədəd minik avtomobili ixrac olunub.

Bu haqda Gürcüstan Statistika Xidmətinə istinadən məlumat yayıb. Bu, 2014-cü il ilə müqayisədə 14 min 98 ədəd avtomobil və ya 5.08 dəfə azdır. Beləliklə, 2015-ci ildə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4.21 dəfə azalıb.

Ötən il Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 26.44% olub. Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 35.38%-ni təşkil edib.
(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu