"SOCAR özəlləşdirilməyəcək"


“Yaxın vaxtda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq”.


“APA-Economics” xəbər verir ki, bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirilməyəcək: “SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söz gedə bilməz”.
Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualına prezident bu cür cavab verib: “Rusiya Azərbaycanın yaxın dostudur. Əgər istəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu